BAKI, 6 yanvar. TELEQRAF

Ermənistanın Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın kilsədə keçirilən Milad ayininə maraqlı geyimdə və qeyri-adi zərgərlik əşyalarında qatılması müzakirələrə səbəb olub.

Teleqraf Ermənistan mətbuatına istinadən xəbər verir ki, Akopyan həmin gün İtaliyanın "Casato" brendinin "Aphrodite" kolleksiyasından zərgərlik əşyaları taxıb.

İnternetdə mövcud məlumatlarına əsasən sırğaların təxminən 2,5 milyon dram (təxminən 11 min AZN), boyunbağının 3,5 milyon dram (təxminən 16 min AZN), üzüyün isə təxminən 2 milyon dram (9 min manat) dəyərində olduğu müəyyən edilib. Bu o deməkdir ki, həmin gün Akopyanın təkcə zərgərlik məmulatlarının ümumi dəyəri 8 milyon (36 min manat ekvivalentində) dram olub.