BAKI, 4 yanvar. TELEQRAF
Amerika Dövlətləri Təşkilatının (OAS) Daimi Şurasının Venesuela vəziyyətinə dair iclası yanvarın 6-da Vaşinqtonda keçiriləcək.
Teleqraf xəbər verir ki, bu barədə təşkilatın mətbuat xidməti məlumat yayıb.
“Bolivariya Respublikasında baş verən son hadisələrin müzakirəsi məqsədilə OAS Daimi Şurasının xüsusi iclası 6 yanvar saat 10:00-da (Bakı vaxtı ilə 19:00) keçiriləcək”, - sənəddə qeyd olunub.