BAKI, 4 yanvar. TELEQRAF

KXDR Yapon dənizi istiqamətində iki ballistik raket buraxıb.

Teleqraf xəbər verir ki, Koreya Xalq Demokratik Respublikasının (KXDR) Yapon dənizi istiqamətində iki ballistik raket buraxdığı və onların artıq dənizə düşdüyü bildirilib. Bu barədə "Kyodo" Yaponiya hökumət mənbələrinə istinadla məlumat yayıb.

Daha əvvəl raket buraxılışı barədə Cənubi Koreya Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsi də açıqlama vermişdi.

Yaponiya Müdafiə Nazirliyinin məlumatına görə, raketlər Yaponiyanın müstəsna iqtisadi zonasından kənarda Yapon dənizinə düşüb. Hər hansı zərər qeydə alınmayıb.

Bununla belə, Yaponiya Sahil Mühafizəsi həmin ərazidə hərəkət edən gəmiləri maksimum ehtiyatlı olmağa və mümkün raket qalıqlarına yaxınlaşmamağa çağırıb.