BAKI, 4 yanvar. TELEQRAF

Maduronun "ulduzların" saxlanıldığı təcridxanaya yerləşdirilməsi ehtimal olunur.

Teleqraf xəbər verir ki, Venesuela prezidenti Nikolas Maduronun ABŞ-da “ulduzlar üçün nəzərdə tutulan” təcridxanada saxlanılması mümkündür. Bu barədə Britaniyanın "The Sun" nəşri yazıb.

Məlumata görə, ittihamların Nyu-Yorkda irəli sürülməsi Venesuela liderinin və onun həyat yoldaşı Siliya Floresnin Bruklində yerləşən istintaq təcridxanasında saxlanılmasına imkan yaradır.

Qeyd olunur ki, sözügedən təcridxanada daha əvvəl tanınmış amerikalı reper P. Diddy, həmçinin maliyyəçi Ceffri Epşteynin işi üzrə məhkum edilmiş Gisleyn Maksuell saxlanılıb.

Bundan başqa, həmin istintaq təcridxanasında vaxtilə məşhur meksikalı narkobaron Xoakin "El Çapo" Qusman da tutulmuşdu.