Venesuela Milli Qvardiyasının kolonları Karakasda hərəkət edir.

Teleqraf xəbər verir ki, RT-nin müxbiri Murad Qazdiyev paytaxt Karakas şəhəri ərazisində Venesuela Milli Qvardiyasının iri hərbi kolonlarının hərəkət etdiyini bildirib.

Məlumata görə, müvafiq görüntülər RT-nin "Telegram" kanalında yayımlanıb.

Bundan əvvəl Murad Qazdiyev ABŞ tərəfindən hücuma məruz qalan Fuerte-Tiuna rayonundan reportaj təqdim edib. Həmin ərazidən Venesuela prezidenti *Nikolas Maduronun aparıldığı bildirilir.

RT müxbiri, həmçinin ABŞ-nin Venesuelaya hücumunun ölkənin dinc sakinləri arasında ciddi qorxu və təşviş yaratdığını qeyd edib.