BAKI, 4 yanvar. TELEQRAF

Moskva meri Sergey Sobyanin hava hücumundan müdafiə qüvvələrinin paytaxta doğru hərəkət edən daha dörd pilotsuz uçuş aparatını (PUA) məhv etdiyini açıqlayıb.

Teleqraf xəbər verir ki, onun sözlərinə görə, hücumların dəf edilməsi davam edir və Rusiya Müdafiə Nazirliyinin tabeliyində olan HHM qüvvələri növbəti dörd PUA-nı zərərsizləşdirib. Sergey Sobyanin bu barədə "Telegram" kanalında məlumat verib.

Qeyd edək ki, bundan əvvəl Rosaviasiya Moskvanın Vnukovo hava limanında uçuşların həyata keçirilməsinə müvəqqəti məhdudiyyətlərin tətbiq edildiyini bildirib.