ABŞ Prezidenti Donald Tramp bildirib ki, ölkəsi artıq Venesuelaya müvəqqəti rəhbərlik edəcək komandanı formalaşdırır.
Teleqraf xəbər verir ki, bu barədə Donald Tramp Floridadakı Mar-a-Laqo iqamətgahında keçirdiyi mətbuat konfransında açıqlama verib.
“Biz insanlarla danışıqlar aparırıq. Müxtəlif şəxsləri təyin edirik və kim olduqlarını sizə bildirəcəyik”, - o deyib.