"ABŞ hərbçiləri Venesuela lideri Nikolas Maduronu lazım gələrsə, gecə keçirilən əməliyyat zamanı öldürə bilərdi".

Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Floridadakı Mar-a-Laqo iqamətgahında keçirdiyi mətbuat konfransında deyib.

“Bu baş verə bilərdi. O, təhlükəsiz yerə keçməyə çalışırdı. Hər şey poladdan idi və qapıya çata bilmədi, çünki komandamız çox sürətli idi", - o deyib.

Prezident güclü olmasına baxmayaraq ABŞ hərbçilərinin müqaviməti çox tez qırdığını vurğulayıb.