BAKI, 3 yanvar. TELEQRAF

ABŞ Venesuela paytaxtı Karakasda əməliyyat həyata keçirən zaman şəhərin elektrik təchizatı kəsilib.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Floridadakı Mar-a-Laqo rezidensiyasında keçirdiyi mətbuat konfransında danışıb.

Trampın sözlərinə görə, ABŞ-nin xüsusi texniki imkanları sayəsində Karakasda işıqlar böyük həcmdə kəsilib.

O əlavə edib ki, əməliyyat zamanı Venesuela silahlı qüvvələri müdafiəsiz qalıb.