BAKI, 3 yanvar. TELEQRAF
Avropa Mərkəzi Bankının (AMB) prezidenti Kristin Laqard rəsmi maaşından 50 faizdən çox qazanır və Avropa Birliyində ən yüksək maaş alan vəzifəli şəxsdir.
Teleqraf xəbər verir ki, bu barədə "Financial Times" qəzeti məlumat yayıb.
Qeyd edilir ki, Laqardın təkcə əsas maaşı onu Aİ-də ən yüksək maaş alan məmur edir.
Nəşrin məlumatına görə, AMB rəhbəri 2024-cü ildə təxminən 726.000 avro alıb ki, bu da təşkilatın illik hesabatında bildirdiyi 466.000 avroluq baza maaşından təxminən 56 faiz çoxdur. Bundan əlavə, Laqard ABŞ Federal Ehtiyat Sisteminin sədri Cerom Pauelldən təxminən dörd dəfə çox qazanır .