BAKI, 1 yanvar. TELEQRAF

Gün ərzində Rusiyanın paytaxtı Moskva səmasında 28 dron vurulub.

Teleqraf xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin "Max" messenger kanalında məlumat yayıb.

Merin sözlərinə görə, təcili yardım xidmətləri dronların qalıqlarının düşdüyü yerlərdə işləyirlər.

Dron hücumu ilə bağlı olaraq Moskva yaxınlığındakı Jukovski və Domodedovo hava limanları bütün istiqamətlərdə uçuşları dayandırıb.