BAKI, 1 yanvar. TELEQRAF
Varşavada Şopen adına hava limanında (Okęcie) Ukrayna vətəndaşı hava nəqliyyatının fəaliyyətini təhlükə altına qoymaqda şübhəli bilinərək saxlanılıb.
Teleqraf xəbər verir ki, bu barədə Polşanın "Rzeczpospolita" qəzeti hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, 23 yaşlı İlya S. dekabrın 26-da gözləmə zonasındakı kafedə noutbukla altı saat ərzində hava limanının təhlükəsizlik sisteminə müdaxilə etməyə çalışıb.
Həbs edilərkən sonra onun üzərində aviasiya rabitəsi və tezlik diapazonlarında işləyən radio siqnalizasiya cihazı aşkar edilib.
Məhkəmə ona bir aylıq həbs cəzası verib. Şübhəli özünü hərbi qulluqçu və Kanadadan olan iş adamı kimi təqdim edərək ziddiyyətli ifadələr verib. O, hava limanında olmasının səbəbini aydın izah etməyib.
Qeyd edək ki, dekabrın əvvəlində Polşada üç Ukrayna vətəndaşı saxlanılıb. Polis onların avtomobilində casus cihazı detektoru və haker avadanlığı aşkar edib.