BAKI, 1 yanvar. TELEQRAF
Hind okeanının cənub-şərqində 6 bal gücündə zəlzələ olub.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Geoloji Araşdırmalar Mərkəzi (USGS) məlumat yayıb.
Bildirilib ki, zəlzələnin mərkəzi Cənub-Şərqi Hind silsiləsi olub və 10 kilometr dərinlikdə baş verib.
Zəlzələnin mərkəzi yaşayış məntəqələrindən kənarda yerləşib, buna görə də heç bir zərər və ya itki qeydə alınmayıb.
Qeyd edək ki, Cənub-Şərqi Hind silsiləsi tektonik plitələrin yavaş-yavaş bir-birindən uzaqlaşması nəticəsində yaranan sualtı dağ sistemi kimi tanınır.