BAKI, 1 yanvar. TELEQRAF
İsveçrənin Krans-Montana xizək kurortundakı barda baş verən yanğına fişəng səbəb olub.
Teleqraf xəbər verir ki, bu barədə İtaliyanın Berndəki səfiri Can Lorenzo Kornado "Sky TG24" telekanalına bildirib.
Onun sözlərinə görə, barda atılan atılan fişəng asma tavana dəyib və yanğına səbəb olub.
Yanvarın 1-nə keçən gecə İsveçrənin Krans-Montana şəhərində Yeni ilin qeyd olunduğu Constellation barının zirzəmisində yanğın və partlayış baş verib.
Yanğın nəticəsində 40 nəfər ölüb, daha 100 nəfər yaralanıb.