BAKI, 1 yanvar. TELEQRAF

Filippinin cənubundakı Kotabato əyalətində Yeni il şənlikləri zamanı qumbara partlaması nəticəsində azı 22 nəfər yaralanıb.

Teleqraf xəbər verir ki, bu barədə "GMA News" yerli polisə istinadən məlumat yayıb.

Məlumata görə, Kotabato əyalətinin Matalam bələdiyyəsində Yeni il şənlikləri zamanı motosikletdə olan şübhəlilər tərəfindən atılan qumbaranın partlaması nəticəsində azı 22 nəfər yaralanıb.

Yaralıların əksəriyyəti uşaqlar olub və hamısı xəstəxanaya yerləşdirilib.

Bildirilir ki, iki şübhəli motosikletlə izdihama tərəf gedərək qumbara atıb. Polis onların kimliyini müəyyən etsə də, cinayətin səbəbini hələ açıqlamayıb. İstintaq davam edir.