BAKI, 1 yanvar. TELEQRAF
Çexiya parlamentinin Deputatlar Palatasının sədri Tomio Okamura Yeni il münasibətilə vətəndaşlara müraciətində Ukraynaya hərbi yardımın göstərilməsinə qarşı çıxıb.
Teleqraf xəbər verir ki, videomüraciət siyasətçinin sosial şəbəkə hesabında paylaşılıb.
“Çexiyalı pensiyaçıların, əlillərin və uşaqlı ailələrin vəsaiti hesabına alınan silahlar tamamilə mənasız bir müharibənin dəstəklənməsinə yönəldilməməlidir. Vətəndaşların pullarının xarici ölkə vətəndaşlarına paylanması müharibə tərəfdarı olan təbliğatın istəyi ilə əsaslandırıla bilməz”, - deyə o bildirib.
Spiker yaxın vaxtlarda keçirilmiş parlament seçkilərinin nəticələrinə əsasən formalaşan yeni hökumətin praqmatik siyasət yürüdəcəyinə əminliyini ifadə edib. O vurğulayıb ki, Çexiya bütün ölkələrlə bərabərhüquqlu münasibətlər qurmalıdır.