BAKI, 1 yanvar. TELEQRAF

Kupyansk şəhəri 24 saatdır ki, Rusiyanın kütləvi hava hücumuna məruz qalır.

Teleqraf xəbər verir ki, bu barədə "Unian.net" məlumat yayıb.

Qeyd edək ki, hələ noyabr ayında Rusiya tərəfi Xarkov bölgəsindəki Kupyansk şəhərini ələ keçirdiklərini iddia etmişdi.

Dekabrın sonunda Ukrayna Birləşmiş Qüvvələr Qrupunun rabitə şöbəsinin rəisi Viktor Trequbov bildirib ki, Kupyanskdakı rus hərbçiləri mühasirədə qalıb və Ukrayna qoşunları onları tədricən məhv edir.

Bildirilir ki, Rusiyanın məqsədi Oskol çayının sol sahilinə çıxmaqdır.