BAKI, 1 yanvar. TELEQRAF
Suriyanın Hələb şəhərində terrorçu təhlükəsizlik xidmətinə məxsus blokpost yaxınlığında partlayış törədib.
Teleqraf xəbər verir ki, bu barədə ölkənin rəsmi SANA agentliyi məlumat yayıb.
Məlumata görə, partlayış nəticəsində bir nəfər ölüb, daxili təhlükəsizlik qüvvələrinin bir neçə əməkdaşı yaralanıb. Hadisədən sonra əraziyə əlavə təhlükəsizlik qüvvələri cəlb olunub.
SANA-nın məlumatında həmçinin bildirilir ki, son günlər Suriyanın Latakiya və Tartus əyalətlərində baş verən iğtişaşlar zamanı azı üç nəfər həlak olub, 48 nəfər yaralanıb.
Bundan başqa, Suriyanın Homs şəhərində yerləşən İmam Əli məscidində baş verən partlayış nəticəsində səkkiz nəfər ölüb.
Hadisələrlə bağlı araşdırma aparılır.