BAKI, 1 yanvar. TELEQRAF

Moskva meri Sergey Sobyanin paytaxta doğru hərəkət edən üçüncü pilotsuz uçuş aparatının (PUA) hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edildiyini bildirib.

Teleqraf xəbər verir ki, o, bu barədə "Telegram" kanalında məlumat yayıb.

Sobyanin qeyd edib ki, təhlükəsizlik qüvvələri tərəfindən operativ tədbirlər görülüb və PUA havada zərərsizləşdirilib.

Xatırladaq ki, bundan əvvəl Moskva meri Moskvaya doğru uçan iki Ukraynaya məxsus PUA-nın vurulduğunu açıqlamışdı.