BAKI, 31 dekabr. TELEQRAF

ABŞ-nin Şimali Karolina ştatının sakini qızının ad günündə lotereyada cekpot qazanıb və 162.000 dollar udub.

Teleqraf xəbər verir ki, Denton sakini Linda Rocers qızının ad günündən bir gün əvvəl, 20 dekabrda yanacaqdoldurma məntəqəsində dayanıb cəmi iki dollara "10X The Cash Fast Play" lotereya bileti alıb. Növbəti gün qadın bileti yoxlayıb və udduğunu öyrənib.

"Bu, əsl nemətdir. Mən belə qalib gəlməyi xəyal edirdim. Bu, həyatımı dəyişdi", - deyə amerikalı gözlənilməz uğuru haqqında bildirib.

Rocers əlavə edib ki, qəfil qazandığı pulu yeni maşın almağa xərcləyəcək və qalanını qohumları ilə bölüşəcək.