BAKI, 30 dekabr. TELEQRAF
İran Prezidenti Məsud Pezeşkian rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı zamanı ikitərəfli münasibətləri və razılaşmaların həyata keçirilməsini müzakirə edib.
Teleqraf xəbər verir ki, bu barədə İran Prezidentinin ofisi məlumat yayıb.
Prezidentlər iki ölkə arasında birgə sazişlərin həyata keçirilməsi prosesi barədə fikir mübadiləsi aparıblar.
Pezeşkian və Putin iki ölkə arasındakı münasibətlərin strateji xarakterini vurğulayıblar və koordinasiyanın gücləndirilməsinin vacibliyini qeyd ediblər.