BAKI, 30 dekabr. TELEQRAF

Banqladeşin sabiq baş naziri və ölkənin Milli Partiyasının (BNP) sədri Xaleda Ziya 80 yaşında vəfat edib.

Teleqraf xəbər verir ki, bu barədə "Dhaka Tribune" nəşri partiyanın sosial şəbəkələrdə yaydığı açıqlamaya istinadən məlumat yayıb.

Məlumata görə, Xaleda Ziya dekabrın 30-na keçən gecə Dakka şəhərində yerləşən “Evercare” xəstəxanasında müalicə aldığı vaxt, səhər saat 6 radələrində dünyasını dəyişib.

Qeyd edək ki, Xaleda Ziya Banqladeş siyasətinin ən tanınmış simalarından biri olub və uzun illər ölkənin siyasi həyatında mühüm rol oynayıb.