BAKI, 30 dekabr. TELEQRAF
ABŞ hərbçiləri Sakit okeanın şərq hissəsində beynəlxalq sularda narkokartel üzvləri tərəfindən istifadə edildiyi iddia olunan gəmiyə zərbə endirib.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı məlumat yayıb.
Kəşfiyyat məlumatlarına əsasən, sözügedən gəmi Sakit okeanın şərqində narkotik qaçaqmalçılığı üçün tanınmış marşrut üzrə hərəkət edib və narkotrafik məqsədilə istifadə olunub.
Zərbə nəticəsində iki nəfərin öldüyü təsdiqlənib.
Məlumata görə, “Cənub nizəsi” əməliyyatı çərçivəsində fəaliyyət göstərən birgə operativ qrup dekabrın 29-da ABŞ-nin hərbi naziri Pit Heqsetin göstərişi ilə hücumu həyata keçirib.