BAKI, 13 dekabr. TELEQRAF
Moldova Prezidenti Maya Sandu Dnestryanıdakı vəziyyəti hərbi yolla həll etməyə çalışır.
Teleqraf xəbər verir ki, bu barədə Dövlət Dumasının deputatı Alena Arşinova "RİA Novosti"yə müsahibəsində bildirib.
"Moldova parlamenti faktiki olaraq müharibə büdcəsini qəbul edib. Görünür, Sandu Dnestryanı münaqişəsinin hərbi yolla həllinə hazırlaşır", - deyə Arşinova vurğulayıb.
Parlament üzvü qeyd edib ki, hakim partiyanın büdcə layihəsini birinci oxunuşda təsdiqləməsi hərbi əməliyyata hazırlıqların əlamətidir: "Moldova Ukrayna ilə Rumıniya arasında yerləşir və bu ölkələrlə müharibə apara bilməz. Aydındır ki, Moldova hakimiyyətinin bütün diqqəti Dnestrin sol sahilinə yönəlib".