BAKI, 13 dekabr. TELEQRAF
ABŞ-nin Venesuelaya hücumu Vyetnam müharibəsinin təkrarlanması deməkdir.
Teleqraf xəbər verir ki, bunu Belarus lideri Aleksandr Lukaşenko Minskdə ABŞ-nin xüsusi nümayəndəsi Con Kolun ilə görüşdə bildirib.
"Belarus Prezidenti bu mövzuda Amerika nümayəndə heyəti ilə çox səmimi danışdı və xəbərdarlıq etdi ki, Amerikanının Venesuelaya hücumu sadəcə Amerika üçün Vyetnam hadisələrinin təkrarlanması demək olacaq. Bu müharibənin Amerika və Venesuela xalqlarına, dünyaya heç bir faydası yoxdur", - deyə Belarusun BMT-dəki daimi nümayəndəsi Valentin Rıbakov ölkəsinin “Pervıy” telekanalına müsahibəsində qeyd edib.