BAKI, 14 dekabr. TELEQRAF

Dekabrın əvvəlində avtomobil qəzasına düşən Moskva vilayətinin Reutov şəhərinin meri Filip Naumenko bu gün xəstəxanada vəfat edib.

Teleqraf xəbər verir ki, bu barədə Moskva Vilayət Dumasının sədri İqor Bryntsalov bildirib.

Xatırladaq ki, Filip Naumenko Nijni Novqorod vilayətində qəza keçirmişdi. O, helikopterlə Moskvadakı xəstəxanalardan birinə çatdırılmışdı.