BAKI, 13 dekabr. Teleqraf

Belarus Prezidenti Aleksandr Lukaşenko müxalifət liderlərindən biri Mariya Kolesnikovanı əfv edib.

Teleqraf xəbər verir ki, 2021-ci ilin sentyabr ayında Minsk məhkəməsi Kolesnikovanı 11 il həbs cəzasına məhkum etmişdi. O, hakimiyyəti ələ keçirmək üçün sui-qəsd hazırlamaqda, buna açıq çağırışlar etməkdə və "ekstremist qrup" yaratmaqda ittiham olunub.

Kolesnikova ona qarşı irəli sürülən ittihamları qəbul etməyib.

Mariya Kolesnikova əvvəllər Belarus prezidentliyinə namizəd Viktor Babarikonun seçki qərargahında çalışıb.