BAKI, 14 dekabr. TELEQRAF

Biz yaxın günlərdə ABŞ nümayəndələri və avropalı dostlarımızla görüşlərə hazırlaşırıq.

Teleqraf xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Telegram-da yayımladığı video çıxışında bildirib.

Zelenski qeyd edib ki, Baş Qərargah rəisi Andrey Qnatov və onun komandası ölkə vətəndaşları üçün təhlükəsizlik zəmanətlərinin təfərrüatı üzərində işləyir: "Ən əsası odur ki, ABŞ Prezidentinin Donald Trampın nümayəndələri və avropalı tərəfdaşlarımızla görüşlər olacaq".

O, münaqişənin həlli şanslarını yüksək qiymətləndirib: "Biz ləyaqətli bir sülh üçün çalışırıq və Rusiyanın növbəti işğalının qarşısını almaq niyyətindəyik".