BAKI, 10 dekabr. TELEQRAF
Ukrayna Təhlükəsizlik Xidməti (SBU) "Sea Baby" dəniz dronları ilə Qara dənizdə Rusiyanın "kölgə donanması"na aid "Dashan" tankerinə zərbə endirib.
Teleqraf "Unian.net"ə istinadən xəbər verir ki, Komor adalarının bayrağı altında üzən gəmi Ukraynanın xüsusi iqtisadi zonasından “Novorossiysk” liman terminalına doğru hərəkət edib.
Hücum nəticəsində tankerdə güclü partlayış baş verib.