BAKI, 9 dekabr. TELEQRAF
Ermənistan hökumətinin borcu 2025-ci ilin əvvəlindən bəri 10,7% artaraq oktyabr ayının sonuna 13 milyard 661 milyon dollara çatıb.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Statistika Komitəsinin məlumatında qeyd edilir.
Bildirilir ki, borcların idarə edilməsində Maliyyə Nazirliyi son bir neçə ilin siyasətini davam etdirir. Belə ki, xarici kreditlər mümkün qədər daxili kreditlərlə (dövlət istiqrazları) əvəz edilir.
Nəticədə 2025-ci ilin dekabrında 2024-cü ilin dekabr ayı ilə müqayisədə daxili borcun payı 51,8%-dən 53,5%-ə yüksəlib, xarici borc isə 48,2%-dən 46,5%-ə düşüb (xüsusilə xarici kreditlər baxımından - 36,5%-dən 32,2%-ə).