BAKI, 9 dekabr. TELEQRAF
Ukraynanın zədələnmiş enerji obyektlərinin təmiri üçün resursları demək olar ki, tükənib.
Teleqraf TASS-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Enerji Tədqiqatları Mərkəzinin direktoru Aleksandr Xarçenko bildirib.
Dekabrın 9-da Ukraynanın əksər bölgələrində elektrik enerjisi təchizatında fövqəladə fasilələr yaranıb. Kiyev, Dnepropetrovsk, Xarkov, Poltava, Sumı, Kiyev, Kirovoqrad, Nikolayev, Odessa, Xmelnitski, Çerkasy, Çerniqov və bir sıra digər bölgələrdə elektrik enerjisi kəsilib.