BAKI, 8 dekabr. TELEQRAF

ABŞ Konqresində müzakirəyə çıxarılan Müdafiə Büdcəsi layihəsi 2026 və 2027-ci illərdə Ukraynaya hər il 400 milyon dollar olmaqla ümumilikdə 800 milyon dollarlıq hərbi dəstək nəzərdə tutur.

Teleqraf xəbər verir ki, sənəddə həmçinin Pentaqon rəhbərinə yeni öhdəlik qoyulur:

"Müdafiə naziri Ukraynaya kəşfiyyat məlumatlarının verilməsinin dayandırılması və ya məhdudlaşdırılması barədə Nümayəndələr Palatası və Senata xüsusi hesabat təqdim etməlidir. Layihə üzrə səsvermələr qarşıdakı günlərdə başlayacaq".

Xatırladaq ki, Rusiya-Ukrayna müharibəsinin dayandırılması istiqamətində çoxsaylı səylər göstərən ABŞ hökuməti maliyyə yardımının dayandırılması ilə bağlı da açıqlamalar verib. Bu fikirləri bir neçə dəfə Prezident Donald Tramp da dilə gətirib.