BAKI, 8 dekabr. TELEQRAF
Yermakın yaxın dostunun həyat yoldaşı ABŞ-də zərgərlik şirkəti açıb.
Teleqraf xəbər verir ki, bu barədə "RIA Novosti" yazıb.
Bildirilir ki, Ukrayna prezidentinin keçmiş administrasiya rəhbəri Andrey Yermakın yaxın adamı sayılan Artyom Kolyubayevin həyat yoldaşı Katerina Kolyubayeva ABŞ-də premium-seqment zərgərlik şirkəti qeydiyyatdan keçirib.
Araşdırmaya görə, "EKAJEWELS COMPANY" LLC adlı şirkət 2023-cü ilin yayında Virciniya ştatında təsis olunub. Kolyubayeva bundan əvvəl özünü müharibədən qaçan qaçqın kimi təqdim edirdi, lakin bir ildən az müddətdə biznes qurmağa və 603,5 min dollar dəyərində fərdi ev almağa nail olub.
Jurnalistlər qeyd olunan ünvana baş çəkdikdə mağaza tapmayıblar. Qeydiyyat ünvanı sadə ofis olub. Agentlik bildirir ki, girişdə "Audi A6 e-tron" markalı elektromobil dayanıb, bu modelin qiyməti 65,9 min dollardan başlayır.
Məlumata görə, Artyom Kolyubayev Yermakın hakimiyyətə gəlişindən sonra biznesini müdafiə və tikinti sektorlarında genişləndirib. D