BAKI, 8 dekabr. TELEQRAF
Əmtəə bazarlarında təbii qaz fyuçerslərinin qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 2.68% ucuzlaşaraq 5.1473 ABŞ dollarına bərabər olub.
Teleqraf xəbər verir ki, Niderlandın "Title Transfer Facility"də (TTF) qazın meqavat-saatının dəyəri 0.66% artıb. Beləliklə, qazın meqavat-saatı 27.27 avro olub.