BAKI, 7 dekabr. TELEQRAF
Suriya paytaxtı Şamın mərkəzində, şəhərin ən işlək küçələrindən birində partlayış qeydə alınıb.
Teleqraf xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb.
Hadisə Şamın ən sıx bölgələrindən sayılan və Əməvi meydanına çıxan Şükrü Kuvvetli bulvarında baş verib. İlkin məlumata görə, bir parkın yaxınlığında yerləşdirilmiş əldəqayırma partlayıcı qurğu işə düşüb.
Əraziyə təhlükəsizlik qüvvələri və təcili tibbi yardım briqadaları cəlb edilib. İlk qiymətləndirmələrə əsasən, hadisə nəticəsində ölən və ya yaralanan yoxdur.
Rəsmi qurumlar hələlik baş verənlə bağlı açıqlama verməyiblər. Bildirilir ki, Əməvi meydanında devrilmiş rejimin süqutunun ildönümü ilə bağlı hazırlıqlar aparılırdı.