BAKI, 7 dekabr. TELEQRAF

Ukrayna Müdafiə Qüvvələri Dnepropetrovsk vilayətinin Tıxoye kəndini azad edib.

Teleqraf xəbər verir ki, bu barədə briqadanın feysbuk səhifəsində bildirilib.

Qeyd olunur ki, Ukrayna ordusu rus qoşunlarını Tıxoyedən çıxarıb və kəndi işğalçılardan təmizləyiblər. Ukrayna torpaqlarının Rusiya qoşunlarından azad edilməsi istiqamətində əməliyyatlar davam edir.