BAKI, 7 dekabr. TELEQRAF
"Birləşmiş Ştatlar Çinlə hərbi qarşıdurma istəmir".
Teleqraf xəbər verir ki, bu fikirləri Kaliforniyada Ronald Reyqan Fondu tərəfindən təşkil edilən forumda çıxış edən ABŞ-nin müdafiə naziri Pit Heqset deyib.
O deyib ki, ABŞ Prezidenti Donald Trampın rəhbərliyi altındakı Müdafiə Nazirliyi sağlam düşüncə tərzinə əl atır: "Onun yanaşması Çini qarşıdurma yolu ilə deyil, güc yolu ilə saxlamaqdır".
Pentaqon rəhbəri əlavə edib ki, ABŞ Silahlı Qüvvələri “vətənimizi və yarımkürəmizi müdafiə etməyə” hazırdır.