BAKI, 7 dekabr. TELEQRAF

Yunanıstanın Krit adasının cənubunda Avropaya getməyə çalışan ən azı 18 nəfər qayığın batması nəticəsində boğularaq ölüb. Sağ qalanların axtarışları davam edir, indiyədək iki nəfər xilas edilib.

Telerqraf xəbər verir ki, bu barədə "France24" məlumat yayıb.

Yarı batmış qayıq yoldan keçən türk ticarət gəmisi tərəfindən aşkar edilib. Sağ qalan iki nəfər xilas edilib, daha çox adamın xilas edilməsi üçün xilasetmə əməliyyatı davam edir.