BAKI, 5 dekabr. TELEQRAF
Niderlandın Vyuqt şəhərində (Şimali Brabant əyaləti) yerləşən islah müəssisəsində məhbuslar bir neçə həbsxana əməkdaşını girov götürüblər.
Teleqraf xəbər verir ki, bu barədə "NU.nl" Niderlandın Cəza İcrası Xidmətinə istinadla məlumat yayıb.
Bildirilib ki, insident həbsxana xəstəxanasının psixiatriya şöbəsində baş verib.
Regional yayımlayıcı Omroep Brabantın məlumatına görə, hüquq-mühafizə orqanlarının xüsusi təyinatlı bölməsi artıq əraziyə daxil olub. Niderlandın ədliyyə və təhlükəsizlik nazirliyi insidentin yalnız həbsxana binasının daxilində baş verdiyini, perimetrdən kənarda axtarışların aparılmadığını təsdiqləyib.
Girovların sayı və hadisənin digər detalları barədə hələlik məlumat verilməyib.