BAKI, 3 dekabr. TELEQRAF

Avropa Komissiyası dekabrın 3-də Ukraynanın maliyyələşdirilməsi məqsədilə dondurulmuş Rusiya aktivlərindən istifadə olunmasına dair rəsmi təklif irəli sürəcək.

Teleqraf xəbər verir ki, bu barədə "RIA Novosti" məlumat yayıb.

Məlumata görə, sənəddə Rusiyaya məxsus aktivlərin gəlirlərinin və ya birbaşa vəsaitlərinin Kiyevin dəstəklənməsi üçün istifadəsinin hüquqi mexanizmləri əks olunacağı gözlənilir.