BAKI, 1 dekabr. TELEQRAF

Rusiya ordusunun Ukraynanın Dnepr şəhərinə raket hücumu nəticəsində 4 nəfər ölüb, daha 40 nəfər yaralanıb.

Teleqraf xəbər verir ki, bu barədə Dnepr meri Boris Filatov və Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının səlahiyyətlərini icra edən Vladislav Qayvanenko bildirib.

"Dneprdə xəsarət alanların sayı 40 nəfərə çatıb. Onların böyük əksəriyyəti xəstəxanalardadır, 11 yaralının vəziyyəti ağırdır. Dörd nəfərin ölümü təsdiqlənib", - bəyanatda qeyd edilib.

Axtarış-xilasetmə işləri başa çatıb.

***

14:06

Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Dnepr şəhərini atəşə tutması nəticəsində 3 nəfər həlak olub, 8 nəfər yaralanıb.

Teleqraf xəbər verir ki, bu barədə Dnepropetrovsk Regional Administrasiyası məlumat yayıb.

Məlumata görə, hazırda xilasedici əməliyyatlar davam edir, zərər çəkənlərə tibbi yardım göstərilir və bütün xidmətlər hadisə yerində fəaliyyət göstərir.