BAKI, 28 noyabr. TELEQRAF

Rumıniyanın müdafiə naziri Yonuts Moşteanu ali təhsilinə dair qalmaqal səbəbindən istefa edib.

Teleqraf xəbər verir ki, baş nazir İlie Bolojan istefanı qəbul edib və müdafiə nazirliyinə rəhbərlik müvəqqəti olaraq iqtisadiyyat naziri Radu Mirutsaya tapşırılıb.

Araşdırmalar nəticəsində Moşteanunun rəsmi sənədlərində göstərilən Ateneum Universitetində təhsil almadığı, diplomunu isə Bioterra Universitetindən gec – 2018-ci ildə aldığı müəyyən edilib. Buna baxmayaraq, o, 2015-ci ildən ali təhsil tələb edən vəzifələr tutub.

Moşteanu 23 iyunda müdafiə naziri təyin olunmuşdu.