BAKI, 27 noyabr. TELEQRAF
Amerikalı sahibkar İlon Mask Vaşinqtonda Ağ Ev yaxınlığında baş verən atışma hadisəsindən sonra ABŞ-də radikal islahatların aparılmasının zəruri olduğunu bəyan edib.
Teleqraf xəbər verir ki, Mask bu barədə "X" sosial şəbəkəsində paylaşım edib.
O, ABŞ-də mövcud idarəetmə və təhlükəsizlik sistemini “sınıq” adlandırıb.
“Günahsız insanların nə qədər ölməsi lazımdır ki, bu pozulmuş sistemi islah edək? Radikal tədbirlər zəruridir”, - deyə İlon Mask bildirib.
Daha əvvəl ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda baş verən silahlı insidenti miqrasiya siyasəti ilə əlaqələndirib.