BAKI, 23 noyabr. TELEQRAF

"Hizbullah" rəhbərliyi İsrailin Beyrutun cənubuna hava zərbəsi nəticəsində komandiri Haysam Əli Tabtabaui və onun tərəfdaşlarının həlak olduğunu təsdiqləyib.

Teleqraf xəbər verir ki, bu barədə təşkilatın informasiya xidməti teleqram kanalında məlumat yayıb.

Bildirilir ki, Tabtabaui "Hizbullah"ın silahlı qüvvələrinin baş qərargah rəisi olub.

Livan təhlükəsizlik qüvvələrinin məlumatına görə, Haret-Xoreyk məhəlləsindəki binaya altı raket buraxılıb.

Livan Səhiyyə Nazirliyi açıqlayıb ki, zərbə nəticəsində beş nəfər ölüb, 28 nəfər isə yaralanıb.