BAKI, 23 noyabr. TELEQRAF

Əvvəllər İlon Mask tərəfindən idarə olunan ABŞ-nin Dövlət Effektivliyi Departamenti ləğv edilib.

Teleqraf xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.

DOGE-in mövcudluğu ilə bağlı sorğuya cavab olaraq, Kadr Xidmətləri İdarəsinin direktoru Skott Kupor bildirib:

“Belə bir qurum mövcud deyil”.

Qeyd olunur ki, departamentin ləğvi 2026-cı ilin iyulunda planlaşdırılan fəaliyyət müddətinin bitməsindən səkkiz ay əvvəl baş verib. Eyni zamanda, Mask dövlət xidmətindən ayrıldıqdan sonra DOGE-in rəhbərliyində ən azı səkkiz əməkdaş işdən çıxıb.