BAKI, 21 noyabr. TELEQRAF
Astanada Ermənistan Baş naziri Nikol Paşinyan ilə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev arasında görüş başlayıb.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Görüşün gündəliyinə iki ölkə arasında iqtisadi, siyasi və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi, eləcə də regional məsələlər üzrə qarşılıqlı fəaliyyətin inkişafı daxildir.