BAKI, 21 noyabr. TELEQRAF

Pakistanın Pəncab vilayətinin Feysəlabad şəhərində kimya müəssisəsində güclü partlayış olub.

Teleqraf xəbər verir ki, bu barədə "Samaa TV" məlumat yayıb.

Bildirilib ki, partlayışdan sonra müəssisədə yanğın baş verib və binanın bir hissəsi çöküb.

Partlayış nəticəsində 13 nəfər ölüb, həlak olanlar arasında dörd uşaq və iki qadın da var. Dağıntılar altında insanların qaldığı ehtimal edilir və xilasetmə işləri davam etdirilir.

Qeyd edilib ki, hadisə zamanı yaxınlıqdakı azı 10 yaşayış evi də ziyan görüb.

Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.