BAKI, 19 noyabr. TELEQRAF

ABŞ administrasiyası Səudiyyə Ərəbistanına böyük həcmdə silah satışını planlaşdırır.

Teleqraf xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

Sənədlərə əsasən, paketə gələcəkdə beşinci nəsil F-35 qırıcı-bombardmançıları və təxminən 300 ABŞ istehsalı tank daxildir.

Məlumata görə, ABŞ Prezidenti Donald Tramp “Səudiyyə Ərəbistanına geniş müdafiə məhsulları paketinin, o cümlədən gələcək F-35 tədarüklərinin verilməsinə” razılıq verib. Vaşinqton hesab edir ki, bu satış həm ABŞ-nin müdafiə-sənaye bazasını gücləndirəcək, həm də Səudiyyə Ərəbistanının ABŞ istehsalı məhsulları almağa davam etməsinə şərait yaradacaq.

Ağ Ev bildirib ki, prezident artıq təxminən 300 Amerikan istehsalı tankın Səudiyyə Ərəbistanına satışına dair razılaşma bağlayıb. Bu alım krallığın müdafiə imkanlarını genişləndirəcək, eyni zamanda ABŞ-də yüzlərlə iş yerinin qorunmasına töhfə verəcək.