BAKI, 18 noyabr. TELEQRAF
ABŞ beşinci nəsil F-35 qırıcılarının Səudiyyə Ərəbistanına satışını həyata keçirməyə hazırdır.
Teleqraf xəbər verir ki, bunu Ağ Evdə jurnalistin sualını cavablandırarkən ABŞ Prezidenti Donald Tramp bəyan edib.
“Bəli, bunu deyə bilərəm. Biz bunu edəcəyik. Biz F-35-ləri satacağıq,” - o deyib.
ABŞ mətbuatı daha əvvəl yazmışdı ki, Ər-Riyad Vaşinqtonla F-35 qırıcılarının alınması barədə razılaşma əldə etməyə çalışır.
18 noyabrda Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman 2018-ci ildən bəri ilk dəfə olaraq Vaşinqtona səfər edəcək.