BAKI, 15 noyabr. TELEQRAF

Argentina paytaxtının yaxınlığında yerləşən aqrokimya zavodunda güclü partlayış baş verib.

Teleqraf xəbər verir ki, bu barədə "La Nacion" qəzeti məlumat yayıb.

Hadisə nəticəsində ən azı 22 nəfər xəsarət alıb.

Partlayışın gücü sənaye parkına bitişik yaşayış massivlərindəki evlərin pəncərələrini yerindən çıxarıb.

Hadisə yerində yanğınsöndürənlər çalışır. Havadan çəkilmiş görüntülərdə geniş ərazinin alov içində olduğu və qalın tüstü sütunlarının yüksəldiyi görünür. Hakimiyyət mümkün toksik maddələrin havaya yayılması səbəbindən sakinləri pəncərələri bağlı saxlamağa çağırıb.

Hadisənin səbəbləri hələ ki, müəyyən edilməyib.